Cərrahi müdaxilələrdən, müalicədən və protez qoyulmasından sonra diş ətinin sağalması yaxın zamana qədər xeyli vaxt tələb edirdi və bu, pasiyentlər üçün narahatlıq yaradırdı.
Daha bir problem isə diş çıxarıldıqdan sonra sümük toxumasının təbii zəifləməsi idi ki, bu da zaman keçdikcə protezlərin qoyulmasını çətinləşdirirdi.
MYCELL regenerasiya kompleksinin yaranması ilə stomatoloqlar pasiyentlərə kiçik (3-4 seans) autoplazma inyeksiyası kursları təyin edərək bütün bu problemləri daha sürətli həll etmək imkanı əldə etdilər.
İmplant, vinir, zirkon və protez qoyulmasından əvvəl Mycell CGF preparatının tətbiqi diş əti sağlamlığı və prosedurların uğurlu olması baxımından çox mühümdür.
Prosedurun tətbiq olunma qaydası aşağıdakı kimidir:
* İlk olaraq pasiyentdən qan alınır;
* Alınan qan birinci probirkaya əlavə edilərək sentrifuqaya qoyulub plazma əldə olunur;
* Birinci probirkada alınan plazma ikinci probirkaya əlavə edilib yenidən sentrifuqaya qoyulur. Bu zaman böyümə faktorları plazmaya keçir;
* Sonda böyümə faktorları ilə zəngin plazma lazımi nahiyəyə inyeksiya edilir.