Ortopediya

Ortopediya

Sümük toxumasında və oynaqlarda yaranan zədələr və yaşla bağlı dəyişikliklər insanlara çox əzab verir: ağrılar, şişkinlik və hərəkət məhdudluğu həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Etiraf etmək lazımdır ki, ortopediya və cərrahiyyənin sümük-oynaq sisteminin xəstəliklərinin müalicəsində tətbiq etdiyi standart metodlarla nəticələri çox ləng əldə edilir.

 

Mycell CGF regenerativ kompleksinin yaradılması əksər patologiyaların cərrahi və konservativ müalicəsində əsl irəliləyiş oldu.

 

Bioloji üstünlüklər:

 

* Hüceyrə səviyyəsində regenerasiya proseslərinin sürətlənməsi;
* Sümük, qığırdaq və birləşdirici toxuma əmələ gətirən əsas hüceyrələrin (fibroblastlar, osteoblastlar və xondroblastlar) yaranmasının stimullaşdırılması;
* Kapilyar şəbəkənin güclənməsi hesabına qan dövranının yaxşılaşdırılması;
* Toxumaların oksigenlə zənginləşdirilməsi.

Bu regenerativ kompleksin daha bir üstünlüyü sümük-oynaq sisteminin xəstəliklərinin digər konservativ və cərrahi müalicə metodları, fizioterapevtik prosedurlarla birlikdə tətbiq edilməsidir.

 

Prosedurun tətbiq olunma qaydası aşağıdakı kimidir:

* İlk olaraq pasiyentdən qan alınır;
* Alınan qan birinci probirkaya əlavə edilərək sentrifuqaya qoyulub plazma əldə olunur;
* Birinci probirkada alınan plazma ikinci probirkaya əlavə edilib yenidən sentrifuqaya qoyulur. Bu zaman böyümə faktorları plazmaya keçir;
* Sonda böyümə faktorları ilə zəngin plazma lazımi nahiyəyə inyeksiya edilir.

az