Süni mayalanma

Süni mayalanma

CGF (Concentrated Growth Factors) pasiyentin öz qanından əldə edilən və yüksək miqdarda böyümə faktorları ehtiva edən plazmadır. Bu böyümə faktorları hüceyrələrin yenilənməsinə və toxumaların bərpasına kömək edərək orqanizmin təbii sağalma prosesini sürətləndirir. Süni mayalanmanın uğurlu alınmasında MYCELL CGF-in rolu xüsusilə diqqətəlayiqdir.

Süni mayalanma prosedurunda uşaqlığın daxili qatı olan endometriumun yetərincə qalınlaşmaması və ya yumurtalıq funksiyalarının zəifləməsi kimi problemlər ortaya çıxa bilər. MYCELL CGF tətbiqi endometriumun yenilənməsini dəstəkləyərək rüşeymin yerləşməsi üçün daha əlverişli bir mühit yaradır.

 

Preparat eyni zamanda yumurtalıq funksiyalarını stimullaşdıraraq daha keyfiyyətli yumurta əldə edilməsinə yardımçı olur. MYCELL CGF-in regenerativ xüsusiyyətləri hamiləlik şansını artırmağa və süni mayalanma prosedurunun uğurunu yüksəltməyə xidmət edir.

 

Prosedurun tətbiq olunma qaydası aşağıdakı kimidir:

* İlk olaraq pasiyentdən qan alınır;
* Alınan qan birinci probirkaya əlavə edilərək sentrifuqaya qoyulub plazma əldə olunur;
* Birinci probirkada alınan plazma ikinci probirkaya əlavə edilib yenidən sentrifuqaya qoyulur. Bu zaman böyümə faktorları plazmaya keçir;
* Sonda böyümə faktorları ilə zəngin plazma lazımi nahiyəyə inyeksiya edilir.

az