Tibbi idman

Tibbi idman

Travmalar idmançıları məcradan çıxarır, məşqlərə və yarışlara mane olur.

 

MYCELL CGF autoplazmoterapiyası trombositlərlə zənginləşdirilmiş unikal plazma xassələri sayəsində idmançılara daha tez bərpa olunmaqda kömək edir.

 

MYCELL CGF:

 

* Ağrı və şişkinliyi götürür;
* Oynaq, əzələ və sümüklərin sağalmasını sürətləndirir;
* Dopinq qalmaqallarına yol açmır.

İdmançının öz qanının bir hissəsindən hazırlanan preparat dərhal zədələnmiş toxuma və oynaqlara yeridilir. Prosedur standart inyeksiya kurslarından fərqlənmir. Seansların optimal sayını həkim travmanın obyektiv mənzərəsini nəzərə alaraq müəyyən edir.

 

Artıq ilk seansdan sonra ağrı və iltihab azalır, tam effekt isə aylar yox, cəmi bir neçə həftəyə əldə edilir.

 

Prosedurun tətbiq olunma qaydası aşağıdakı kimidir:

* İlk olaraq pasiyentdən qan alınır;
* Alınan qan birinci probirkaya əlavə edilərək sentrifuqaya qoyulub plazma əldə olunur;
* Birinci probirkada alınan plazma ikinci probirkaya əlavə edilib yenidən sentrifuqaya qoyulur. Bu zaman böyümə faktorları plazmaya keçir;
* Sonda böyümə faktorları ilə zəngin plazma lazımi nahiyəyə inyeksiya edilir.

az