Təcrübəli trixoloqlar saç tökülməsinə qarşı mübarizədə başlıca köməkçi vasitə kimi MYCELL CGF preparatını tövsiyə edirlər. Çünki MYCELL CGF 100 % təbii, heç bir mənfi təsiri olmayan güvənli və maksimum dərəcədə effektiv müalicə vasitəsidir. CGF ilə həyata keçirilən plazmaterapiya proseduru saç tökülməsinin qarşısını almaq üçün tətbiq olunan ən təsirli üsullardan sayılır və saçların uzanmasının intensivliyini, saç strukturunu möcüzəvi şəkildə yaxşılaşdırır.
Trixologiyada CGF-in (Concentrated Growth Factors) əhəmiyyəti böyükdür. CGF qan plazmasından əldə edilən və yüksək konsentrasiyalı böyümə faktorlarını ehtiva edən bir terapiya üsuludur. Bu böyümə faktorları saç follikullarının yenilənməsi və sağlamlığını dəstəkləmək üçün çox faydalıdır. Preparat xüsusilə saç tökülməsi (alopesiya) və saçların incəlməsi kimi problemlərin müalicəsində geniş istifadə olunur. MYCELL CGF hüceyrə bərpasını sürətləndirərək saç follikullarının daha sağlam və güclü şəkildə inkişaf etməsinə kömək edir.
Prosedurun tətbiq olunma qaydası aşağıdakı kimidir:
* İlk olaraq pasiyentdən qan alınır;
* Alınan qan birinci probirkaya əlavə edilərək sentrifuqaya qoyulub plazma əldə olunur;
* Birinci probirkada alınan plazma ikinci probirkaya əlavə edilib yenidən sentrifuqaya qoyulur. Bu zaman böyümə faktorları plazmaya keçir;
* Sonda böyümə faktorları ilə zəngin plazma lazımi nahiyəyə inyeksiya edilir.