Urologiya

Urologiya

Peşəkar uroloqların seçimi olan MYCELL CGF xüsusən interstisial sistit kimi müalicəyə tabe olmayan xəstəliklərlə mübarizədə əvəzsizdir. İnterstisial sistiti antibiotiklərlə müalicə etmək ümumiyyətlə faydasızdır və bir çox hallarda barbar müalicə üsulları – sidik kisəsinin bir hissəsinin cərrahi üsulla yonulması və ya hətta tamamilə çıxarılaraq pasiyentin ömürlük sidik torbası taxmağa məhkum edilməsi tələb olunur.

 

Pasiyentin öz qanı əsasında hazırlanan MYCELL CGF regenerasiya kompleksi yeni nəsil dərman və onun istifadəsinin xüsusi üsuludur ki, uzunmüddətli işgəncəyə son qoymaq üçün daha effektiv imkan yaradır.

 

Preparatın üstün xüsusiyyəti tərkibində yalnız trombositlərin deyil, həm də böyümə faktorlarının olmasıdır. Bundan başqa, MYCELL CGF özündə çoxsaylı zülal, vitamin və hormonları ehtiva edir ki, bu da öz növbəsində bərpa prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

 

Autoplazmaya əsaslanan MYCELL CGF kompleksi sistitin müalicəsində inqilabi həlldir. O, sidik kisəsinin selikli qişasını bərpa edir və aqressiv müdaxilələr olmadan xəstəliklə mübarizə aparmağa yardımçı olur.

 

Prosedurun tətbiq olunma qaydası aşağıdakı kimidir:

* İlk olaraq pasiyentdən qan alınır;
* Alınan qan birinci probirkaya əlavə edilərək sentrifuqaya qoyulub plazma əldə olunur;
* Birinci probirkada alınan plazma ikinci probirkaya əlavə edilib yenidən sentrifuqaya qoyulur. Bu zaman böyümə faktorları plazmaya keçir;
* Sonda böyümə faktorları ilə zəngin plazma lazımi nahiyəyə inyeksiya edilir.

az